“Beşiktaş” üçüncü transferini reallaşdırıb

İstanbulun “Beşiktaş” futbol klubu qış transferi pəncərəsində Burak Yılmaz və İsimat Mirindən sonra üçüncü transferini reallaşdırıb. İstanbul klubunun rəsmi saytında yer alan məlumata görə, Almaniyanın “Fortuna” klubunun 19 yaşlı yarımmüdafiəçisi Muhayer Oktay İstanbul təmsilçisi ilə 2023-cü ilədək müqavilə imzalayıb.

Oktay karyerasının ilk debütünü 2017-ci ildə “Fortuna” klubunda edib. Yarımmüdafiəçi cari mövsümdə alman klubunun heyətində 10 oyun keçirib. Qeyd edək ki, Oktay 21 yaşadək futbolçulardan ibarət Türkiyə millisinin üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə