“Borussiya” açıqladı: “Bavariya”ya futbolçu satılmayacaq!

Almaniyanın Dortmundun “Borussiya” futbol klubu, “Bavariya”ya futbolçu satmayacaq. “Bild” nəşrinin yazdığına görə, bunu Dortmund təmsilçisinin rəhbəri Rayxard Raybal klubun son iclasında bildirib. Belə ki, “Borussiya” klubu Almaniya Bundesliqasında qızıl medallar uğrunda “Bavariya” ilə mübarizə aparmaq istəyir.

Qeyd edək ki, “Borussiya Dortmund” klubu bir neçə gün əvvəl gənc oyunçusu Kristian Pulişiçi “Bavariya” klubu istədiyi halda məhz İngiltərənin “Çelsi” komandasına satmağa qərar vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə