Almaniya klubu baş məşqçisi ilə müqaviləni uzadıb

Almaniyanın “Fortuna” (Düsseldorf) klubu baş məşqçisi Fridhelm Funkelin müqaviləsinin müddətini uzadıb. SİA-nın xəbərinə görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 65 yaşlı mütəxəssislə 2020-ci ilin yayına qədər müqavilə imzalanıb.

“Fortuna” hazırda Bundesliqada 17 turdan sonra 14-cü sırada qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə