"Qarabağ" "Uypeşt"lə qarşılaşacaq

Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" klubu bu gün ilk yoxlama oyununu keçirəcək. SİA-nın məlumatına görə, Ağdam təmsilçisi Macarıstanın "Uypeşt" klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə 18:00-da başlayacaq.

"Qarabağ" əslində Antalyada ilk yoxlama oyununu yanvarın 12-də Rumıniyanın "Botoşani" klubuna qarşı keçirməli olsa da, güclü yağış səbəbindən matç ləğv olunmuşdu.

Qeyd edək ki, "Qarabağ" "Uypeşt"lə qarşılaşmadan başqa, daha 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Ağdamlılar yanvarın 19-u Çexiyanın "Bohemians", 23-ü Polşanın "Piast" və 26-sı Ukraynanın "Şaxtyor" (Donetsk) klubları ilə üz-üzə gələcək.

Yoxlama oyunu

16 yanvar

18:00. "Qarabağ" (Azərbaycan) - "Uypeşt" (Macarıstan)

Bütün xəbərlər Facebook səhifəmizdə