Niko Hülkenberq şəxsi sponsoru ilə yollarını ayırıb

“Reanult”un alman pilotu Niko Hülkenberq şəxsi sponsoru “Dekra” şirkəti ilə yollarını ayırıb. SİA-nın məlumatına görə, pilot 13 ildir əməkdaşlıq etdiyi maşın müayinə şirkətinə sosial şəbəkə hesabından təşəkkürünü bildirib.

Sözügedən şirkət 7 dəfə dünya çempionu Mixael Şumaxerin də sponsor olub.

Qeyd edək ki, “Dekra” şirkəti Formula 3 üzrə Avropa çempionatı və Formula 4 seriyaları da daxil olmaqla bir çox yarışların ən önəmli sponsorlarındandır.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə