Antalyada təlim-məşq toplanışında olan "Sumqayıt" qardaş ölkədə bu gün ilk yoxlama matçını keçirəcək. SİA-nın məlumatına görə, Ayxan Abbasovun komandası dünən güclü yağışa görə təxirə salınmış oyunda Qazaxıstanın "Jetısu" klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə 13:00-da start götürəcək.

Qeyd edək ki, "Sumqayıt" Antalyada bundan başqa, daha 3 yoxlama oyunu keçirəcək. Komanda yanvarın 19-da Bosniya və Herseqovinanın "Çelik", 22-də Makedoniyanın "Vardar", 26-da isə Serbiyanın "Zemun" klubu ilə üz-üzə gələcək.

Yoxlama oyunu

16 yanvar

13:00. "Sumqayıt" (Azərbaycan) - "Jetısu" (Qazaxıstan)

Bütün xəbərlər Facebook səhifəmizdə