“Liverpul”un 20 yaşlı futbolçusu zədələnib

“Liverpul” ciddi itki ilə üzləşib. “The Telegraph”ın yazdığına görə, Trent Aleksandr-Arnold zədələnib. İngilis müdafiəçi məşq zamanı dizindən xəsarət alıb.

20 yaşlı futbolçunun təxminən bir ay meydana çıxa bilməyəcəyi bildirilir. Qeyd edək ki, Aleksand-Arnold bu mövsüm Premyer Liqada 17 oyuna çıxıb və 1 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə