Remzinin "Yuventus"a keçidi bu həftə rəsmiləşəcək

"Arsenal"ın yarımmüdafiəçisi Aaron Remzinin "Yuventus"a keçidi bu həftə rəsmiləşəcək. İtaliyanın "Tuttosport" nəşrinin yazdığına görə, uelsli futbolçunun cümə günü - yanvarın 18-də Turin klubu ilə müqavilə imzalayacağı bildirilir. Sözləşmənin müddəti 5 ildir. 28 yaşlı oyunçunun yeni klubunda illik qazancı isə 7,5 milyon avro təşkil edəcək.

Məlumatda həmçinin o da qeyd olunub ki, "Yuventus" Remzini qış transfer pəncərəsində heyətinə qatmaq istəyir. Ancaq "Arsenal" bunun üçün qarşı tərəfdən 20 milyon avro tələb edir. İtaliya klubu məbləği aşağı salmağa çalışır.

Qeyd edək ki, Remzinin "Arsenal"la müqaviləsi bu mövsümün sonuna qədərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə