Petr Çex bu il futbola "əlvida" deyəcək!

"Arsenal"ın qapıçısı Petr Çex cari mövsümün sonu futbolçu karyerasını başa vuracaq. Bu barədə 36 yaşlı qolkiper özünün "Tvitter" hesabında yazıb: "Bu, peşəkar futbolçu kimi mənim 20-ci mövsümümdür. Birinci müqaviləmi imzalamağımdan artıq 20 il ötdü. Bu mövsümün sonu karyeramı başa vuracağımı elan etmək istəyirəm. Premyer Liqada 15 il oynadım və qazana biləcəyim hər şeyi əldə etdim. İstədiyim hər şeyə nail olduğumu hiss edirəm. Daha bir kubok qazanmaq üçün "Arsenl"da inadla çalışmağa davam edəcəm".

Qeyd edək ki, P.Çex 1999-cu ildə peşəkar futbolçu karyerasına başlayıb. O, 2002-ci ildən 2004-cü ilə kimi Çexiyanın "Xmel,"Sparta" və Fransanın "Renn" klubunda çıxış edib, 2004-cü ildə "Çelsi"yə keçib. Burada 494 rəsmi matça çıxan Çex 2015-ci ildə "Arsenal"a transfer olunub. Təcrübəli oyunçu 4 dəfə Premyer Liqanın qalibi olub. 5 dəfə İngiltərə kuboku, 3 dəfə İngiltərə Liqa kubokunu qazanıb. O, 1 dəfə Çempionlar Liqasının, eyni sayda Avroliqanın qalibi olub.

Əlavə edək ki, Çex Çexiya millisində 124 matçda meydana çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə