Klublarımızın Antalyadakı oyunları təxirə salındı

Antalyada təlim-məşq toplanışında olan "Zirə", "Sumqayıt" və "Səbail"in bu gün keçirilməli olan yoxlama oyunları təxirə salınıb. SİA-nın məlumatına görə, buna səbəb əlverişsiz hava şəraiti olub.

"Zirə" bu gün Qazaxıstanın "Taraz", "Sumqayıt" "Jetısu”, "Səbail" isə Macarıstanın "Aqvital" klubları ilə yoxlama oyunu keçirməli idi.

"Sumqayıt" - "Jetısu” və "Səbail" - "Aqvital" görüşləri sabah baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə