“Akademiya kuboku” turniri keçiriləcək

Xəbər verdiyimiz kimi, ötən il dekabrın 7-də AFFA-nın Futbol Akademiyasının inzibati binasında qurumun əməkdaşları ilə müstəqil fəaliyyət göstərən bir neçə uşaq futbol məktəbinin rəhbərləri arasında görüş keçirilib. SİA-nın məlumatına görə, görüşün yekun nəticəsinə əsasən, Bakıda müstəqil fəaliyyət göstərən futbol məktəbləri və akademiyaları arasında “Akademiya kuboku” turniri təşkil olunacaq. Fevralın 5-də başlayacaq turnirdə 2011-2012-ci il təvəllüdlü futbolçulardan ibarət komandalar iştirak edəcəklər. Komandalar və futbolçular yanvarın 16-dan fevralın 1-dək qeydiyyatdan keçməlidirlər.

Əlaqələndirici şəxs: Tural Nəcəfov

Telefon: 0555843876

Email: Tural.Najafov@affa.az

Bütün xəbərlər Facebook səhifəmizdə