Mesut Özil "Arsenal”dan göndərilir

"Arsenal”ın futbolçusu Mesut Özil komandadan göndərilir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, baş məşqçi Unay Emeri 30 yaşlı yarımmüdafiəçiyə özünə yeni klub tapmasını məsləhət görüb.

Buna Almaniya millisinin sabiq üzvünün son vaxtlar uğursuz çıxışları səbəb olub. Özilin tranfserə çıxarılacağı bildirilir.

Qeyd edək ki, M. Özilin "topçular”la müqavilə müddəti 2021-ci ilin yayına qədərdir. O, bu mövsüm ümumilikdə 16 oyunda 4 qol vurub, 2 qol ötürməsi verib.

Bütün xəbərlər Facebook səhifəmizdə