"Çelsi" bu futbolçu üçün 55 milyon avro təklif edib

"Çelsi" heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır. Britaniya mətbuatının yazdığına görə, London klubu "Kalyari"nin yarımmüdafiəçisi Nikolo Barellu ilə maraqlanır. "Çelsi" 21 yaşlı oyunçu üçün İtaliya təmsilçisinə 55 milyon avro təklif edib. Qeyd edək ki,N.Barellu ilə "Arsenal" və "Napoli"nin də maraqlandığı iddia olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə