Mario Balotelli "Qalatasaray"a transfer edirlir? - FOTO

"Nitsa"nın formasını geyinən Mario Balotellinin "Instagram" hesabında aslan rəsmi yer almış foto paylaşması söz-söhbətə səbəb olub. SİA-nın məlumatına görə, "Qalatasaray"ın italiyalı ulduzu İstanbula gətirərək bir otelə yerləşdirdiyi iddia olunur. Bildirilir ki, Balotelli dünən gecə saatlarında Türkiyəyə gəlib.

"Fotomaç" qəzeti iddia edib ki, Balotelli İstanbulda klub rəhbərliyi ilə görüşərək danışıqlar aparıb. Hətta tərəflərin müqavilənin bütün şərtlərini razılaşdırdığı və transferin tezliklə rəsmiləşəcəyi deyilir.

Qeyd edək ki, Balotelli karyerası ərzində İtaliyanın "Lumezzane", "İnter", "Milan", İngiltərənin "Mançester Siti", "Liverpul" və Fransanın "Nitsa" klublarında forma geyinib. 28 yaşlı forvard İtaliya millisində keçirdiyi 36 oyunda 14 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə