Premyer Liqasında dekabr ayının ən yaxşıları müəyyənləşib

İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşıları müəyyənləşib. SİA-nın məlumatına görə, "Liverpul"un çalışdırıcısı Yürgenn Klopp ötən ayın ən yaxşı məşqçisi seçilib. Onun komandası dekabrda 7 oyununun hamısında qalib gəlib.

"Liverpul"un müdafiəçisi Virgil van Deyk isə ötən ilin son ayının ən yaxşı oyunçusu olub. 27 yaşlı futbolçu dekabrda 7 matçda 1 qol vurub, 2 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə