“Sabah” bu gün “Əskişəhərspor”la qarşılaşacaq

Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” futbol klubu bu gün ilk yoxlama oyununu keçirəcək. SİA-nın məlumatına görə, Elşad Əhmədovun komandası Türkiyənin birinci liqasında çıxış edən “Əskişəhərspor”la qarşılaşacaq. Antalyada "İC Santai" otelinin stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

Qeyd edək ki, Premyer Liqamızın debütantı növbəti qarşılaşmasını yanvarın 16-da Qazaxıstan “Tobol”una qarşı keçirəcək.

12 yanvar

Yoxlama oyunu

16:30. “Sabah” (Azərbaycan) – “Əskişəhərspor” (Türkiyə)

Bütün xəbərlər Facebook səhifəmizdə