"Barselona" futbolçusu Munir El-Haddadi ilə yollarını ayırıb. SİA-nın məlumatına görə, 23 yaşlı hücumçu "Sevilya"ya transfer olunub. Mərakeş əsilli futbolçunun keçidi əndəlüsiyalılara 1,05 milyon avroya başa gəlib.

Qeyd edək ki, El-Haddadinin müqaviləsi mövsümün sonunda başa çatırdı. O, "Valensiya" və "Alaves" klublarında icarə əsasında çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə