"Sumqayıt" yoxlama görüşü keçirib

Futbol üzrə Azərbaycan Premyer Liqasının 3-cü dövrəsi üçün hazırlıqlarını davam etdirən "Sumqayıt" FK yoxlama görüşü keçirib. Sumqayıt təmsilçisi "Dalğa Arena"nın köməkçi meydançasında I Divizion təmsilçisi "Şüvəlan"la qarşılaşıb. Ayxan Abbasovun komandası 4:0 hesablı qələbə qazanıb. Qolları 52, 68, 82 və 89-cu dəqiqələrdə müvafiq olaraq Murad Xaçayev, Ülvi İsgəndərov, Ehtiram Şahverdiyev və Rüfət Abdullazadə rəqib qapısından keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə