"Neftçi”nin baş məşqçisi Roberto Bordin bu gün komandasının Türk Hava Yolları Futbol Mərkəzindəki açıq məşqindən öncə brifinq keçirib.
- Təlim-məşq toplanışı necə gedir?
- Bugünkü məşq bərpa xarakterlidir. Bundan sonra fiziki hazırlığa başlayacağıq və toplu çalışmalar olacaq.
- Qanalı hücumçunuz Kvami Karikarinin qalmasını, yoxsa getməsini uyğun sayırsınız?
- Bu futbolçu ilə çox yaxşı münasibətim var. Mən də daxil olmaqla, hər kəs ondan çox şey gözləyirdi. Karikarinin bir neçə klubdan təklifi var. Onun son qərarını gözləyirik.
- Moldova “Şerif”inə rəhbərlik etdiyiniz dönəmdən yaxşı tanıdığınız futbolçulardan niyə heç birini “Neftçi”yə gətirmədiniz?
- Keçmiş futbolçularımdan kimisə burada görmək istəmədiyimi söyləməmişəm. Hazırda “transfer pəncərəsi” açıqdır və maraqlandığımız oyunçular var. Amma konkret qərar verdiyimiz biri yoxdur.
- Hansı mövqelərə oyunçu axtarırsınız?
- Karikarinin məsələsinə görə gözləmə mövqeyindəyik. Buna baxmayaraq, həm yarımmüdafiəçi, həm də hücumçu mövqeyinə oyunçu axtarırıq. Əsas odur ki, bura gələn futbolçu bizim hansı məqsədlər uğrunda mübarizə apardığımızı anlamalıdır.
- “Qarabağ” Reynaldo Silvanı qaytardı, Riçard Almeydanın dönüşü üçün də danışıqlar yekunlaşmaq üzrədir. Bu transferlərdən sonra çempionluq mübarizəsinin "Neftçi" üçün daha çətin olacağını düşünmürsünüz?
- Əlbəttə, hər ikisi komandanın əldə etdiyi çox güclü ifutbolçulardır. Hamı bilir ki, onlar əvvəllər çıxış etdikləri vaxt “Qarabağ” çox yaxşı oyun sərgiləyib. Digər tərəfdən, ötən müddət ərzində gördüyümüz işlərə görə şadıq. Komandamız hələlik çempionatda liderdir. Əlbəttə, “Neftçi”ni gücləndirə biləcək yeni oyunçular tapsaq, sevinərik. Bunun üçün zamanımız var.
- “Neftçi” ölkə kubokunda mübarizəni dayandırdı, çempionatda isə ikinci sıradakı “Qarabağ”dan cəmi 3 xal öndədir. Hətta, belə bir vəziyyətdə mətbuatda komandadan gedəcəyinizə dair xəbərlər də çıxırdı. Bu amillər sizdə psixoloji gərginlik yaratmır?
- Əvvəlcə, komandanı tərk edəcəyimlə bağlı şayiələrin haradan çıxdığını bilmək istərdim. Bu, sizin fikrinizdir?
- Xeyr, mətbuatda yazılıb...
- Bu, bizi qətiyyən maraqlandırmır. İşimizə köklənmişik və komanda birinci yerdədir. Çempionluq yarışına gəlincə, çətin olacaq. Qarşıda iki dövrə var. Bundan sonra da ciddi şəkildə hazırlaşacağıq.
- Xorvatiyalı müdafiəçi Slavko Braliçin də komandadan getməsi gündəmdədir...
- Karikari ilə eyni durumdur, bir neçə təklifləri var. Onun seçimini gözləyirik.
- Komandanız Bakıdakı toplanış dönəmində yoxlama matçı keçirmədi, Antalyada isə cəmi 3 oyun planlaşdırmısınız. Sınaq görüşlərinin azlığı çempionatda sizə çətinlik yaratmayacaq?
- Rəqiblərin hazırlıq planına nəzər salmalı olduğumuzu düşünmürəm. Bizim öz proqramımız var və 3 yoxlama matçını tamamilə yetərli hesab edirəm.
- Əvəzedici heyətdən oyunçu götürmüsünüz?
- Bəli, əvəzedici heyətdən bir neçə oyunçunu əsas komandanın hazırlıq prosesinə cəlb etmişik. Ehtiyac duyduğumuz mövqelərə uyğun olaraq, hazırlıq dönəmində bizə kömək edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Bodrumda tikinti sahəsində torpaq sürüşməsi
Dünya 17:25Bakıda taxta bazarı yanır
Hadisə 17:11Cavanşir Məmmədovla vida mərasimi başa çatıb
Mədəniyyət 16:11Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Siyasət 15:54TDT-nin əsas məqsədi əlaqələrin inkişaf etdirilməsidir
Siyasət 15:53Ceyhun Bayramov İran səfirini qəbul edib
Siyasət 15:50Möhtəşəm hərbi qələbədən yeni diplomatik zəfərlərə...
Siyasət 15:45Tranzit daşımaları həyata keçirilməsi üzrə beynəlxalq saziş hazırlanır
İqtisadiyyat 15:44Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 6 %-ə yaxın artıb
İqtisadiyyat 15:40Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
Mədəniyyət 15:11Daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilib
İqtisadiyyat 15:04Yağış özü ilə qəza gətirdi
Dünya 14:43Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq
İqtisadiyyat 14:12Zakir Həsənovdan daha bir tapşırıq
Siyasət 13:30Müdafiə naziri tapşırıqlar verib
Siyasət 13:29AMB sədri tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO
İqtisadiyyat 13:25COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir
İqtisadiyyat 12:57Xarici investisiyalı MMC-lərin dövlət qeydiyyatı elektron qaydada aparılacaq
İqtisadiyyat 12:41FHN Lənkəranda qanunsuz tikililəri söküb - FOTOLAR
Sosial 12:32Qəzzada zibil böhranı
Dünya 12:11Sabah Azərbaycanda 30 dərəcə isti olacaq
Hadisə 12:09AzTU-nun nizamnamə fondunun həcmi açıqlanıb
Təhsil 12:08FHN nümunəvi mülki müdafiə məşqi keçirib - FOTOLAR
Hadisə 11:56Nəsibə Zeynalovanın anadan olmasının 108-ci ildönümü tamam olur
Mədəniyyət 11:46Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Siyasət 11:22Bakıda prokuror vəfat edib
Hadisə 10:45Antalyada otelin servis maşını aşdı
Dünya 10:43İdarəetməni itirən sürücü piyadanı vuraraq öldürüb
Hadisə 10:37Tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
Hadisə 10:36Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
Hadisə 10:35ABŞ-da soyqırım senzurası davam edir
Dünya 10:24Faktiki hava açıqlanıb
Hadisə 10:23Azərbaycan IEA ilə yol xəritəsinin hazırlanmasını müzakirə edib
İqtisadiyyat 10:22Azərbaycan BMT ilə “yaşıl enerji” keçidini müzakirə edib
İqtisadiyyat 10:04Ankarada qan donduran vəhşilik
Dünya 09:50"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır
Hadisə 09:47Ağcabədidə ”Mercedes” yanıb
Hadisə 09:37Məşhur jurnalist özünü yandırdı
Dünya 09:36İraqda ard-arda partlayış səsləri
Dünya 09:36Dünya bazarlarında neft bahalaşıb
İqtisadiyyat 09:36Oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib
Hadisə 09:31Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İqtisadiyyat 09:3022 yaşlı qız qətlə yetirilib
Hadisə 09:24Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb
Hadisə 08:06Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
Dünya 03:49Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib
İdman 01:23“Nokia” yeni telefonunu təqdim edib...
Texnologiya 19 Aprel 23:53Özəl xəbərlər
Digər xəbərlərQərbə inamsızlıq fonunda HAYLAR ARASINDA NARAHATLIQ – TƏHLİL
Siyasət 19 Aprel 17:01"Şuşanın “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi..." - ŞƏRH EDİLDİ
Siyasət 19 Aprel 16:45Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8082 0,00%
- GBP 2,1115 0,00%
- RUB 0,0181 0,00%