UEFA Yunanıstan klubunu cəzalandırıb

UEFA Yunanıstanın “Olimpiakos” klubunu cəzalandırıb. Qurumun saytında yer alan məlumata görə, UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda “Milan”la keçirilən oyunda Pirey təmsilçisinin azarkeşlərinin stadionu alovlandırması bu cəzaya səbəb olub. Komanda növbəti ev oyununu boş tribunalar önündə keçirəcək. Cəza Kiyev “Dinamo”su ilə 1/16 finalın fevralın 14-dəki duelinə tətbiq ediləcək.

Qeyd edək ki, “Olimpiakos” həmçinin 90 min avro cərimələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...