"Fənərbaxça"nın futbolçusu Roberto Soldado karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Türkiyə mətbuatının yazdığına görə, İstanbul klubu 33 yaşlı hücumçunu "Əl-Sabab"a satıb. "Fənər"in transfer qarılığında 5 milyon avro qazandığı bildirilir. Qeyd edək ki, 2017-ci ilin yayından "Fənərbaxça"da çıxış edən futbolçunun müqaviləsi mövsümün sonuna qədər idi. İspaniya millisinin sabiq üzvü bu mövsüm Superliqada 7 oyuna çıxıb və qol vura bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə