Villianın “Barselona”ya transferi niyə baş tutmayıb?

“Barselona”nın "Çelsi"nin futbolçu Villianı transfer planı baş tutmayıb. "The Telegraph" nəşri yazır ki, Kataloniya klubu braziliyalı yarımmüdafiəçini Malkomla dəyişmək istəsə də, London təmsilçisi buna razı olmayıb. Hətta "Barselona"nın qarşı tərəfə Malkomla birlikdə 40 milyon avro da təklif etdiyi bildirilir. Lakin "Zadəganlar" aparcı futbolçusunu göndərmək fikrində deyillər. Qeyd edək ki, "Barselona" yayda Villian üçün "Çelsi"yə 61 milyon avroluqa təklif göndərmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...