Bakıda keçiriləcək Qran-Pridə 43 ölkənin təmsilçiləri yarışacaqlar - FOTOLAR

Mayın 13-14-də Bakıda Beynəlxalq Gözdən Əlillər İdman Federasiyasının (IBSA) paracüdo üzrə Qran-Pri yarışı keçiriləcək. SİA-nın məlumatına görə, Azərbaycan paytaxtında ilk dəfə keçiriləcək bu mötəbər yarışda 43 ölkədən 250 idmançı iştirak edəcək. Qran-Pridə qalib gələn idmançılar 2020-ci ildə Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına lisenziya xarakterli reytinq xalları qazanacaqlar.

Turnirdə kişilər 60, 66, 73, 81, 90, 100 və 100 kiloqramdan yuxarı, qadınlar isə 48, 52, 57, 63, 70 və 70 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar. Qaliblərə təqdim olunacaq medalların nümunələri artıq təsdiqlənib.

Qran-Pridə iştirak edəcək paracüdo üzrə milli komandamızın tərkibi fevralda keçiriləcək respublika çempionatının nəticələrindən sonra müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə