“Qəbələ”nin idmançısı ölkə kubokunun qalibi olub

“Qəbələ” idman klubunun təmsilçisi Sənan Şükürov növbəti uğuruna imza atıb. SİA-nın məlumatına görə, S.Şükürov qol güləşi üzrə Azərbaycan kuboku yarışlarında 80 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb.

Yarışda bütün rəqiblərini məğlub edən S.Şükürov ölkə kubokunun qalibi adını qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə