U-19 toplanışı qələbə ilə başa vurub

Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışı çərçivəsində son oyununu keçirib. SİA-nın məlumatına görə, Region Liqasında çıxış edən “Tufan”la qarşılaşma U-19-un 8:0 hesablı qələbəsi ilə başa çatıb. Yığmanın heyətində Musa Qurbanlı het-trik edib. Vəli Məmmədovla Tural Bayramlının hərəyə 2 qol vurduğu oyunda Rüfət Abdullazadə də fərqlənib. Yığma bununla da təlim-məşq toplanışını başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə