"Sumqayıt" məşhur şirkətlə müqavilə imzalayıb

"Sumqayıt" futbol klubu dünyaca məşhur "STATSports" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. SİA-nın xəbərinə görə, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb. Müqavilənin şərtlərinə əsasən, "gənclik şəhəri" təmsilçisi sözügedən şirkətin xidmətindən istifadə edəcək. Bunun müqabilində isə oyun geyimlərinin qol nayihəsində həmin şirkətin tanınma nişanı yer alacaq. Müqavilə 2019-cu ilin sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, "Yuventus", "Roma", "Mançester Yunayted", "Mançester Siti", PSJ, "Liverpul" və "Tottenhem" kimi Avropa nəhəngləri məhz "STATSports"la əməkdaşlıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə