Formula 1 dünya çempionatında müxtəlif komandaların tərkibində çıxış etmiş ikiqat dünya çempionu Fernando Alonso ötən mövsümlə bağlı fikirlərini paylaşaraq vurğulayıb ki, onun 2018-ci ildə ən yaxşı yürüşü Azərbaycan Qran-Prisində olub. SİA “Marca” nəşrinə istinadla xəbər verir ki, Alonso deyib: “Yarışlarda yaşadığım hisslər və həyəcan baxımından mövsümdə ən yaxşı yürüşüm Bakıda keçirilən mərhələdə olub. İlk dairədən sonra biz sonuncu yerdə idik, mənim maşınım isə nasaz vəziyyətə düşmüşdü. Bizim elə bir ümidimiz qalmamışdı, lakin son nəticədə yeddinci yeri tuta bildik. Bu, mənim uzun illərdən bəri yerinə yetirdiyim ən yaxşı yürüş oldu”.
Ötən mövsümdə Fernando Alonso 2018-ci ildən sonra Formula 1-i tərk edəcəyini açıqlamışdı. Bununla belə, ispaniyalı bir ildən sonra çempionata qayıdacağını da istisna etmir.
Bütün xəbərlər Facebook səhifəmizdə