Buffon: "Hər şeyi zaman göstərəcək"

Canluici Buffon PSJ-yə keçidinin səbəblərini açıqlayıb. SİA-nın məlumatına görə, qolkiper təklifə qədər karyerasını başa vurmağı düşündüyünü bildirib: “Futboldan birdəfəlik getmək istəyirdim. Düşünürdüm ki, PSJ, "Barselona" və ya "Real"dan gələn telefon zəngi fikrimi dəyişə bilər. Belə də oldu. PSJ-dən aldığım təklif sanki bir yuxu idi. Dərhal reaksiya verdim. Hiss edirdim ki, daha 2-3 il oynamaq imkanım var. Hələlik futboldayam. Ayrıldıqdan sonra nə olacağını bilmirəm. Hər şeyi zaman göstərəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə