"Tottenhem"in baş məşqçisi Mourinyonun yerinə gətirilir?

"Mançester Yunayted"in istefaya göndərdiyi Joze Mourinyonun yerinə daha bir əsas namizədin adı açıqlanıb. "The Times" nəşrinin yazdığına görə, "Tottenhem"in baş məşqçisi Maurisio Poçettinonun bu vəzifəni tutacağı daha real görünür. Ancaq bu təyinatın yaydan tez gerçəkləşməyəcəyi bildirilir. İddiaya görə, "qırmızı şeytanlar" mövsümün əvvəlində London klubu ilə 5 illik yeni müqavilə imzalayan argentinalı mütəxəssis üçün qarşı tərəfə 34 milyon avro təzminat ödəməli olacaq.

Poçettinonun özü də "Tottenhem"də qalmaqda elə də maraqlı deyil. Klub rəhbərliyinin bu yay heç bir transfer etməməsi təcrübəli çalışdırıcını işdən soyudub.

Bütün xəbərlər Facebook səhifəmizdə