UEFA "Çelsi"yə qarşı intizam işi açıb

UEFA İngiltərənin "Çelsi" klubuna qarşı intizam işi açıb. Qurumun saytında yer alan məlumata görə, buna səbəb komandanın azarkeşlərinin Avropa Liqasının VI turunda səfərdə Macarıstan "Videoton"u ilə oyunda qeyri-etik davranışlar etməsidir. Qurumun İntizam Komitəsinin nümayəndələri London təmsilçisinin fanatlarının sözügedən qarşılaşmada irqçi xarakter daşıyan şüarlar işlədib-işlətmədiyini araşdırır. Araşdırmanın nəticəsi 2019-cu il yanvar ayının ortalarında elan olunacaq.

Kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, "Çelsi" fanatları sözügedən qarşılaşmada antisemit ifadələr səsləndirib. Matçdan sonra klub onları bu hərəkətə görə tənqid edib və günahkarların cəzalandırılacağını bildirib. Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. "Çelsi" Avropa Liqasının 1/16 finalında İsveçin "Malmö" komandası ilə qarşılacaşaq.

Bütün xəbərlər Facebook səhifəmizdə