Zidan hansı ingilis klubunun təklifini rədd edib?

"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan "Mançester Yunayted"i çalışdırmayacaq. Qol.az-ın "Sport"a istinadən yaydığı xəbərə görə, 46 yaşlı mütəxəssisin yaxın vaxtlarda İngiltərə klubunda işləməyi düşünmədiyi bildirilib. Fransalı çalışdırıcının məşqçiliyə tez bir zamanda qayıtmaq istəmədiyi vurğulanıb Z.Zidanın yalnız onu çox cəlb edəcək təklifi qəbul edə biləcəyi iddia olunub. Qeyd edək ki, "MY" dünən baş məşqçisi Joze Mourinyonu istefaya göndərib.

Bütün xəbərlər Facebook səhifəmizdə