Messiyə "Qızıl buts" mükafatı təqdim olunub

Ötən mövsüm La Liqada 34 qol vuraraq bombardir olan Lionel Messiyə "Qızıl buts" mükafatı təqdim olunub. "Marca" nəşrinin yazdığına görə, argentinalı futbolçu 5-ci dəfə bu mükafata layiq görülüb və bu göstərici üzrə yeni rekord müəyyənləşdirib. O, 2010, 2012, 2013 və 2017-ci illərdə də Avropa ölkələrinin çempionatlarında ən yaxşı bombardir olub.

Qeyd edək ki, "Qızıl buts" reytinqində oyunçunun vurduğu qolların cəmi çempionatın müvafiq əmsalına vurulur. "Böyük 5-lik" çempionatlarında hər qol 2 xalla qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə