Veteran hücumçu Mourinyonun istefasından danışdı

İngiltərə millisinin sabiq üzvü Qari Lineker “Mançester Yunayted”in Joze Mourinyonu istefaya göndərməsinə münasibət bildirib. Veteran hücumçu şəxsi Tvitter səhifəsində yazıb: “Mançester Yunayted” lider “Liverpul”dan 19 xal geridədir. Əksər futbolçular öz potensialından aşağı səviyyədə oynayır. Transferlərə ayrılan 100 milyonların qarşılığında uğursuzluq olduğu üçün Mourinyonun göndərilməsi qaçılmaz idi”.

Qeyd edək ki, "MY" Premyer Liqada 17 turdan sonra 6-cı pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə