“Trabzonspor”un hücumçusu Burak Yılmaz yenidən Çinə qayıtmaq istəyir. Türkiyə mətbuatının yazdığına görə, 33 yaşlı futbolçu Çin Superliqasında çıxış edən “Quançao Everqrand”a keçə bilər. Klubunda işləri yaxşı getməyən və baş məşqçi Ünal Karamanla gərginlik yaşayan futbolçunun meneceri Özkan Doğanın Çin klubunun çalışdırıcısı Fabio Kannavaro ilə görüşdüyü iddia edilir.
Qeyd edək ki, daha əvvəl Çinin “Beyinq Quan” klubunda çıxış edən Burak ötən mövsümün əvvəlində 3.5 milyon avroya “Trabzonspor”a transfer olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə