"Anderlext” baş məşqçisini istefaya göndərib

Belçikanın "Anderlext” klubu baş məşqçisi Heyn Vanhazebrukı istefaya göndərib. SİA-nın məlumatına görə, 54 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsində uğursuz çıxışdan sonra komandadan kənarlaşdırılıb. Yeni baş məşqçi müəyyənləşənədək komandaya Kərim Belhosin rəhbərlik edəcək.

Qeyd edək ki, H.Vanhazebruk 2017-ci ilin oktyabrından "Anderlext”ə rəhbərlik edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə