Çexiya millisinin və “Arsenal”ın sabiq futbolçusu Tomas Rosiçki idman direktoru olub. SİA-nın məlumatına görə, keçmiş yarımmüdafiəçi sözügedən vəzifəni Çexiyanın “Sparta” (Praqa) klubunda icra edəcək.
Karyerası ərzində “Sparta”, Dortmund “Borussiya”sı, “Arsenal” kimi klublarda forma geyinən Rosiçki, 105 dəfə Çexiya millisinin şərəfini qoruyub.
Bütün xəbərlər Facebook səhifəmizdə