"Mançester Yunayted"in yeni baş məşqçisi müəyyənləşib

İngiltərənin "Mançester Yunayted" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib. SİA-nın məlumatına görə, portuqaliyalı Joze Mourinyonun istefaya göndərilməsindən sonra "qırmızı şeytanlar" sabiq futbolçusuna tapşırılıb. Komandanın yeni baş məşqçisi bu yaxınlarda karyerasını başa vuran Maykl Karrik olacaq. O, bu vəzifəni mövsümün sonuna qədər icra edəcək.

Klub rəhbərliyi həmin müddətə qədər baş məşqçi axtarışlarını davam etdirəcək. "Mançester Yunayted" Karriki rəhbərliyi altında uğurlu çıxışla yadda qalsa, onunla da müqavilə imzalana bilər.

Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü 12 il "Mançester Yunayted"in uğurları üçün çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə