"Neftçi” Lorenzo Mezzotero ilə müqaviləni uzadıb

"Neftçi” U-13 komandasının futbolçusu Lorenzo Mezzotero ilə yeni müqavilə bağlayıb. SİA-nın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, 2019-cu il fevralın 7-də bitməli olan müqavilənin müddəti artırılıb. 11 yaşlı hücumçu 2022-ci il fevralın 7-dək bakılıların formasını geyinəcək. 3 illik anlaşmanın şərtlərinə əsasən, italiyalı futbolçu Azərbaycanda "Neftçi”dən başqa heç vaxt heç bir klubda çıxış edə bilməz.

Qeyd edək ki, 2017-ci ilin fevralından "Neftçi”nin formasını geyinən Lorenzo Mezzotero aşağı yaş qrupu komandalarının heyətində çempionluq və bombardirlik sevinci yaşayıb, ən yaxşı futbolçu seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə