"Mançester Yunayted" Joze Mourinyo ilə yollarını ayırıb

"Mançester Yunayted" baş məşqçi Joze Mourinyo ilə yollarını ayırıb. SİA-nın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb. "Qırmızı şeytanlar" portuqaliyalı mütəxəssisin rəhbərliyi altında son matçında "Liverpul"a 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, futbolçularla da problemlər yaşayan Mourinyonun klubdan gedəcəyi barədə bir müddətdir xəbərlər yayılırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə