İtaliya A seriyasında 16-cı tura yekun vurulub. SİA-nın məlumatına görə, turun son matçında "Latsio" "Atalanta"nın qonağı olub. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, turnir cədvəlinə 46 xalla "Yuventus" başçılıq edir. "Napoli" 2-ci (38 xal), "İnter" 3-cüdür (32 xal). "Milan" 26 xalla 4-cü, "Latsio" isə 25 xalla 5-ci pillədə qərarlaşıb.

"Atalanta" - "Latsio" 1:0
Qol: Zapata, 1

Bütün xəbərlər Facebook səhifəmizdə