“Barselona” ciddi itki ilə üzləşib

“Barselona” ciddi itki ilə üzləşib. Kataloniya klubunun rəsmi saytında yer alan xəbərə görə, komandanın əsas müdafiəçilərindən Tomas Vermalen zədələnib. La Liqanın 16-cı turunun “Levante” ilə matçında (5:0) sağ ayağında ağrı hiss etdiyi üçün 52-ci dəqiqədə əvəzlənən belçikalı futbolçu tibbi mayinədən keçib. 33 yaşlı oyunçunun əzələsində yırtıq aşkarlanıb.

Vermalenin zədə səbəbindən təxminən 4 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə