“Real” Birləşmiş Ərəb Əmirliklərinə yollanıb

UEFA Çempionlar Liqasının son qalibi “Real” klubu Birləşmiş Ərəb Əmirliklərinə yollanıb. Madrid təmsilçisi dekabrın 19-da Əbu-Dabidəki “Zayed Sport Siti” stadionunda klublararası dünya çempionatının yarımfinal mərhələsində Yaponiyanın “Kasima Antlers” klubu ilə qarşılaşacaq.

“Real” çempionatda mübarizəyə yarımfinaldan qoşulacaq. Asiya çempionu isə dörddəbir finalda Meksikanın “Qvadalaxara” klubunu məğlub edib - 3:2. Digər yarımfinal oyunu dekabrın 18-də Argentinanın “River Pleyt” və Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əin” klubları arasında keçiriləcək.

Qeyd edək ki, turnirin final və üçüncü yeri uğrunda oyunları dekabrın 22-də təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə