“Monako” ikinci liqaya düşə bilər

Fransanın “Monako” klubu ölkə çempionatında cari mövsümdə 10-cu dəfə məğlubiyyət acısı yaşayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, komanda 18-ci turda “Lion”a 3 cavabsız qolla məğlub olub.

“Monako” hazırda 13 xalla turnir cədvəlində 19-cu yerdə qərarlaşıb. Əgər komanda “qara zolaq”dan çıxa bilməsə, ikinci liqaya düşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə