"Qarabağ"ın"Arsenal"la oyunundakı erməni təxribatının təfərrüatları - VİDEO

Xəbər verdiyimiz kimi, "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin son turunda Londonda "Arsenal"la qarşılaşıb və 0:1 hesabı ilə uduzub. SİA-nın məlumatına görə, matçın 90+3-cü dəqiqəsində Artur Zakaryan adlı Şuşadan olan bir erməni azarkeş üzərində 1993-cü ildə öldürülmüş terrorçu Monte Melkonyan və qondarma “Dağlıq Qarabağ"ın separatçı rejiminin “bayrağı” ilə meydana çıxıb. O, məhz 1993-cü ildə qətlə yetirilən terrorçunun ölümünə işarə vuraraq, 93-cü dəqiqədə meydana daxil olub. Mühafizəçilər dərhal onu meydandan çıxarıb.

Zakaryanın əsl niyyəti isə bayrağı Henrix Mxitaryana vermək olub. Onun planı isə baş tutmayıb. Ağdam klubunun kapitanı Rəşad Sadıqovla Qara Qarayev bu an fəallıq ediblər və stüardların müdaxiləsiylə fanat meydandan uzaqlaşdırılıb.

London polisi oyundan öncə fanatların çoxundan qondarma bayraqları alıb və meydana keçirmələrinə imkan verməyib. Lakin bir qrup fanat müxtəlif üsullarla bayraqları keçirməyə müvəffəq olublar. Meydana daxil olan erməni azarkeşə isə "Emreyts" stadionuna giriş qadağan ediləcək. Buna səbəb siyasi təxribat olub.

UEFA-nın qaydalarına əsasən, meydana azarkeş daxil olursa, efirdə həmin görüntülər yayımlanmır. Tribunadakı azarkeşlərdən biri isə bu anı sosial şəbəkəyə yerləşdirib. İnsident zamanı Rəşad Sadıqovun erməni azarkeşi vurub meydandan kənarlaşdırmaq istədiyi görünür.

Bütün xəbərlər Facebook səhifəmizdə