“Sabah”ın qış hazırlıq planı bəlli olub

“Sabah”ın qış fasiləsindəki hazırlıq planı bəlli olub. SİA-nın məlumatına görə, komanda mövsümün ikinci yarısına Türkiyədə hazırlaşacaq.

Qonşu ölkədəki təlim-məşq toplanışı yanvarın 2-dən 23-dək davam edəcək. Antalya şəhərinin Lara bölgəsindəki “Titanik” otelində məskunlaşacaq Topaz Premyer Liqasının debütantı orda olduğu müddətdə 4 yoxlama görüşündə qüvvəsini sınayacaq.

Oyunlar yanvarın 12-də, 16-da, 19-da və 22-də keçiriləcək. Rəqiblər hələlik bəlli deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə