“Ayntraxt” klubu Almaniya klublarının tarixində ilkə imza atıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sözügedən komanda Avropa Liqasının qrup mərhələsində bütün oyunlarda qalib gəlib. Rekord nəticə göstərən “Ayntraxt” alman klublarının indiyədək bacarmadığını gerçəkləşdirib.
Qeyd edək ki, komanda Avropa Liqasının qrup mərhələsi çərçivəsində 6 oyun keçirib. Frankfurt klubu “Latsio”, “Apollon” və “Marsel”lə qarşılaşıb. “Ayntraxt” “Latsio”nu 4:1 və 2:1, “Apollon”u 2:0 və 3:2, “Marsel”i isə 2:1 və 4:0 hesabı ilə məğlub edib.
Müəllif: Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə