“Fənərbağça”nın yeni baş məşqçisi müəyyənləşib

“Fənərbağça” futbol klubuna yeni baş məşqçi təyin olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yeni baş məşqçi vəzifəsini Ersun Yanal yerinə yetirəcək. Mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 56 yaşlı E.Yanal “Fənərbağça” ilə 2013-2014-cü ildə Türkiyə Super Liqasının qalibi olub.

Xatırladaq ki, İstanbul təmsilçisinin Fillip Koku ilə yolları ayrılandan sonra baş məşqçi vəzifəsini Ervin Kuman yerinə yetirib.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə