UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində son oyunda “Spartak”la (Trnava) qarşılaşan “Fənərbağça” şok itki ilə üzləşib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, komandanın gənc müdafiəçisi Yiğithan Güveli zədələnib. O, matçın 83-cü dəqiqəsində rəqib futbolçu Qrendel ilə mücadilə zamanı zədə alaraq yerə yıxılıb. İlk tibbi yardım göstəriləndən sonra futbolçu xərəklə medyandan çıxarılıb. Onun əvəzinə oyuna Deniz Yılmaz daxil olub.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə