Türkiyəli jurnalist AKF-nin İdarə Heyətinin üzvü seçilib

Tanınmış türkiyəli jurnalisti Ali Kan Azərbaycan Kikboksinq Federasiyasının (AKF) İdarə Heyətinin üzvü seçilib. SİA-nın məlumatına görə, Milli Məclisin deputatı, AKF-in prezidenti Adil Əliyev Ali Kanı federasiyanın rəhbər heyətində görməkdən məmnunluğunu bildirərək deyib: “Ali Kan Türkiyədə tanınmış jurnalistlərdəndir. Azərbaycanın haqq səsinin türk dünyasına və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında onun da xidmətləri var. O, həmçinin AKF-in Türkiyədə tanıdılmasında böyük xidmətlər göstərib. Hazırladığı xəbərlər mətbuatda geniş işıqlandırılıb. Türkiyənin siyasi elitasında hörmətlə qarşılanan media mənsublarındandır. Bu gün Ali Kanı öz aramızda görməkdən məmnunuq. Ona gələcək fəaliyyətində uğurlar arzulayıram”.

Ali Kan Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyində yer almaqdan məmnunluğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə