UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulub

UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün qrup mərhələsinin sonuncu – altıncı turuna yekun vurulub. SİA xəbər verir ki, tur çərçivəsində ən gözlənilməz hesabı Yunanıstanda qeydə alınıb. “Olimpiakos” doğma meydanda İtaliyanın “Milan” klubunu 3:1 hesabı ilə məğlub edib. Bu məğlubiyyətdən sonra Milan təmsilçisi avrokuboklarda mübarizəni dayandırıb. F qrupunun digər oyununda İspaniyanın “Real Betis” klubu səfərdə Lüksemburq təmsilçisi “F91 Dudelanj” ilə heç-heçə edib - 0:0.

Qrup mərhələsini 12 xalla başa vuran “Real Betis” növbəti mərhələyə yüksəlib. Hər birinin aktivində 10 xalı olan “Olimpiakos” və “Milan” ikinci və üçüncü yerləri bölüşürlər. UEFA-nın reqlamentinə əsasən, şəxsi oyunların nəticəsinə görə Yunanıstan təmsilçisi pley-off mərhələsinə vəsiqə qazanıb. “F91 Dudelanj” isə 1 xalla sonuncu pillədə yer alıb.

A qrupunda “Bayer Leverkuzen” səfərdə “AEK Larnaka”nı darmadağın (1:5) edərək 13 xalla qrup lideri kimi pley-offa yüksəlib. “Ludoqorets” ilə səfər görüşündə 1:1 hesablı heç-heçə edən “Sürix” də 10 xalla qrup ikincisi kimi qrupdan çıxmağı bacarıb. “AEK Lanaka” 5, “Ludoqorets” isə 4 xalla qrupda qalıblar.

B qrupu

“Leyptsiq” - “Rusenborq” – 1:1

“Seltik” - “Zaltsburq” – 1:2

Qrupdakı vəziyyət: “Zaltsburq” – 18 xal, “Seltik” – 9 xal, “Leyptsiq” – 7, ”Rusenborq” – 1 xal.

C qrupu

“Kopenhagen” - “Bordo” – 0:1

“Slavia Praqa” - “Zenit” – 2:0

Qrupdakı vəziyyət: “Zenit” – 11 xal, “Slavia Praqa” – 10 xal, “Bordo” – 7 xal, “Kopenhagen” – 5 xal.

D qrupu

“Dinamo Zaqreb” - “Anderlext” – 0:0

“Spartak Trnava” - “Fənərbağça” – 1:0

Qrupdakı vəziyyət: “Dinamo Zaqreb” – 14 xal, “Fənərbağça” – 8 xal, “Spartak Trnava” – xal, “Anderlext” – 3 xal.

E qrupu

“Arsenal” “Qarabağ” – 1:0

“Sportinq” – “Vorskla” – 3:0

Qrupdakı vəziyyət: “Arsenal” – 16 xal, “Sportinq” – 13 xal, “Vorskla” – 3 xal, “Qarabağ” – 3 xal.

G qrupu

“Vilyarreal” – “Spartak” – 2:0

“Rapid Vyana” - “Reyncers” – 1:0

Qrupdakı vəziyyət: “Vilyarreal” – 10 xal, “Rapid Vyana” – 10 xal, “Reyncers” – 6 xal, “Spartak” – 5 xal.

H qrupu

“Marsel” - “Apollon Limassol” – 1:3

“Latsio” – “Ayntraxt” – 1:2

Qrupdakı vəziyyət: “Ayntraxt” – 18 xal, “Latsio” – 9 xal, “Apollon Limasol” – 7 xal, “Marsel” – 1 xal.

I qrupu

“Beşiktaş” – “Malmö”– 0:1

“Genk” - “Sarpsborq” – 4:0

Qrupdakı vəziyyət: “Genk” – 11 xal, “Malmö” – 9 xal, “Beşiktaş” – 7 xal, “Sarpsborq” – 5 xal.

J qrupu

“Akhisar” – “Standart Liq” - 0:0

“Sevilya” - “Krasnodar” – 3:0

Qrupdakı vəziyyət: “Sevilya” – 12 xal, “Krasnodar” – 12 xal”, “Standart Liq” – 10 xal, “Akhisar” – 1 xal.

K qrupu

“Renns” – “Astana” – 2:0

“Dinamo Kiyev” - “Yablonets” – 0:1.

Qrupdakı vəziyyət: “Dinamo Kiyev” – 11 xal, “Renns” – 9 xal, “Astana” – 8 xal, “Yablonets” – 5 xal.

L qrupu

“PAOK” - “BATE Borisov” – 1:3

“Videoton” – “Çelsi” – 2:2.

Qrupdakı vəziyyət: “Çelsi” – 16 xal, “BATE Borisov” – 9 xal, “Videoton” – 7 xal, “PAOK” – 3 xal.

UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü dekabrın 17-də atılacaq.

Turnirin 2018-2019-cu il mövsümünün final oyunu gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə